İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: "Bu keyfiyyət yalnız İsraildə var"

"ABŞ-yə səfərim möhtəşəm keçdi".

Musavat.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ştatlara səfərinin yekunlarını qiymətləndirərkən bildirib.

Baş nazir ABŞ-də İsrailə nümayiş etdirilən münasibətdən danışıb: "Siz davamlı olaraq Birləşmiş Ştatlarda İsrailə qarşı nifrət dalğaları haqqında eşidirsiniz, lakin çox gümanki, sizə oradakı sevgi və minnətdarlıq dalğalarından bəhs etmirlər".

Netanyahu ABŞ-nin Müdafiə naziri Pit Heqsetlə keçirdiyi görüşün təfərrüatını da bölüşüb: "Mən elə indicə ABŞ-nin Müdafiə naziri Pit Heqsetlə söhbətimi başa çatdırdım. O, mənə maraqlı bir məqamı qeyd etdi. Dedi ki, 'Biz dünyaya baxırıq və Birləşmiş Ştatlarla birgə döyüşmək iradəsi olan, lakin imkanları çatmayan ölkələri görürük. Ya da əksinə, imkanları olan, amma iradəsi çatmayan ölkələr var. Yalnız İsraildə biz həm iradəni, həm də imkanları bir arada görürük'".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR