Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Almaniyanın keçmiş kantsleri Gerhard Şröderlə görüşüb.
Musavat.com xəbər verir ki, Putin səhər saatlarında Şröderin "Qlobus" (Globus) şirkətinin fəaliyyəti ilə əlaqədar Moskvaya gəldiyi barədə məlumatlandırılıb. Bundan sonra Rusiya dövlət başçısı köhnə dostunu öz iqamətgahına dəvət edib.
Xatırladaq ki, Rusiya prezidenti bir müddət əvvəl ad gününü qeyd edərkən də Gerhard Şröderi öz yaxın əhatəsində qəbul etmişdi.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ