Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp süni intellekt terminologiyası ilə bağlı müzakirələrə qeyri-adi açıqlaması ilə diqqət çəkib. O, “süni intellekt” ifadəsinin əvəzinə “superintellekt” terminindən istifadəni müdafiə edib və bu ifadəni işlədənləri Ağ Evin “düşməni” adlandırıb.
Musavat.com xəbər verir ki, Tramp sosial media paylaşımında “süni intellekt” termininin artıq istifadədən çıxarılmalı olduğunu iddia edib.
“Bu günə qədər ‘süni intellekt’ terminindən istifadə edən hər kəsi Ağ Ev düşmən hesab edir. ‘Superintellekt’ daha geniş qəbul olunmuş və daha dəqiq yeni termindir”, – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, Tramp sentyabrın sonunda federal qurumlara rəsmi sənədlərdə “süni intellekt” ifadəsinin “superintellekt”lə əvəzlənməsi imkanını nəzərdən keçirməyi tapşırıb. Yeni terminin məzmununun hazırlanması üçün qurumlara 60 gün vaxt verilib.
Beləliklə, ABŞ administrasiyasının gündəmində təkcə süni intellekt texnologiyalarının inkişafı deyil, bu sahədə istifadə olunan anlayışların dəyişdirilməsi məsələsi də var.
E.Məmmədəliyev,
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ