Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Türkiyə arasında münasibətləri pozmağa çalışan qüvvələrin fəaliyyəti yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım iki qardaş ölkə arasında münasibətlərə xələl gətirmək cəhdlərinə münasibət bildirib.
Yıldırım jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi sayəsində iki ölkə arasındakı münasibətlər ən cəsarətli arzuların belə fövqündə inkişaf edir.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin yaxınlaşmasını istəməyən müəyyən qüvvələr süni gündəmlər yaradaraq iki ölkə arasında fikir ayrılığı formalaşdırmağa çalışırlar.
“İki ölkənin yaxınlaşmasını istəməyən qüvvələr süni gündəmlər yaradır və bizi bir-birimizə qarşı qoymağa çalışırlar. Amma bunlar əbəs cəhdlərdir. Mən sadəcə gülümsəyib yoluma davam edirəm”, – deyə Yıldırım bildirib.
Binəli Yıldırım bununla Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlmiş cəhdlərin nəticəsiz olduğunu vurğulayıb.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ