Onlayn ictimai-siyasi qəzet
Hörmüz və Bab əl-Məndəb boğazlarından ixrac davam etsə də, İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Saudi Aramco yeni neft tədarükü marşrutları üzərində işləyir.
Musavat.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Amin Nasser "Nikkei" qəzetinə verdiyi müsahibədə danışıb. O, Trans-Ərəbistan Boru Kəmərindəki fasilələrin müvəqqəti olduğunu qeyd edib: "İnsanlar Hörmüz boğazı və Bab əl-Məndəbin bağlandığını düşünürlər, amma biz dayanmamışıq. Müştərilərimizə tədarük etməyə davam edəcəyik".
Nasser qeyd edib ki, şirkətin həmçinin Misir üzərindən Qırmızı dənizdən Aralıq dənizinə daşınma təmin edən üçüncü marşrut kimi Sumed vasitəsilə ixrac seçim var: "Biz həmçinin dördüncü və beşinci marşrutların açılmasını da nəzərdən keçiririk".
Trans-Ərəbistan boru kəmərindəki fasilələrə gəldikdə, o, qeyd edib ki, onlar "adətən həftələr deyil, cəmi bir neçə gün davam edir": "İnsanlar boru kəmərini tək bir xətt kimi düşünürlər, amma əslində bu, çoxxətli bir sistemdir. Bütün xətləri birdən dayandırmaq asan deyil".
Ümumilikdə neft bazarındakı vəziyyət barədə danışarkən, o, bildirib ki, bəzi ölkələrin ehtiyatların buraxılması, eləcə də Çinin idxal həcmlərini tənzimləyə bilən "tənzimləyici istehlakçı" kimi rolu faydalı rol oynayıb: "Lakin bu, yalnız müvəqqətidir. Bu böhranla bağlı vəziyyət əslində yaxşılaşmır".
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ