İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarı ötən ili bu qiymətlə başa vurdu - Cari il üçün proqnoz ürəkaçan deyil

Arxada qalan 2025-ci il ərzində qlobal neft bazarına geosiyasi və iqtisadi amillər təsir göstərib.

Musavat.com xəbər verir ki, Brent markalı neftin orta qiyməti 2022-ci ildən bəri ən aşağı qiymət olan 69,50 dollara düşüb. Argus-un "2025 Nəticələri: Problemlər Artır, Amma Ümid Qalır" hesabatına görə, neft nazarında volatillik yeni sanksiyalar və artan rəqabətlə daha da yüksəlib. Yanvar ayında barrel üçün 83 dollarlıq maksimumdan sonra neftin qiyməti təklifin həddindən artıq olması, ABŞ və Çin arasında ticarət gərginliyi və OPEC+ ölkələri tərəfindən istehsalın artması səbəbindən barrel üçün 60-70 dollara düşüb.

Sanksiyaların hədəf aldığı Rusiya neft ixracı daşıma xərclərinin artması və tələbatın azalması fonunda azalıb, Urals markalı neftin qiyməti isə dekabrın əvvəlində barrel üçün 39,70 dollara, sonunda 34,60 dollara (FOB Primorsk/Novorossiysk) düşüb ki, bu da Brent markalı neftlə müqayisədə 25-31 dollar endirim deməkdir.

Hesabata görə, eyni zamanda, bazarda canlanma əlamətləri müşahidə olunur: Çin və Hindistan şirkətləri yeni idxal kvotaları və xammal qiymətlərinin aşağı düşməsi fonunda Rusiya neftinin alışını artırırlar.

2026-cı ilə gəldikdə, hesabata əsasən cari ildə Brent markalı xam neftin orta qiyməti barel üçün 63 dollar ətrafında ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR