İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmirə məxsus “Aydəmir Entertainment” şirkəti ilə yeni müqavilə bağlayıb.

Müqavilədə “Çar Skiflər - İşquz Dövləti” tammetrajlı bədii-sənədli filminin post-prodakşn mərhələsində (tamamlanma) 3 hissəli geniş variantının hazırlanması xidmətlərinin və hüquqlarının satın alınması nəzərdə tutulub.

Müqavilənin maliyyə dəyəri 200 600 manat müəyyənləşib.

Xatırladaq ki, ARKA bu ilin əvvəlində də “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalı ilə bağlı “Aydəmir Entertainment” şirkəti ilə 657 000 manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur. (İqtisadiyyat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR