Onlayn ictimai-siyasi qəzet
Atmosferdəki PM2.5 (mkh/m³) mikrohissəciklərin illik orta konsentrasiyasına dair yeni hesabat dərc edilib.
Musavat.com xəbər verir ki, 143 ölkəni əhatə edən yenilənmiş reytinqdə Azərbaycan 59-cu pillədə qərarlaşaraq, yaxın qonşuları və region ölkələri ilə müqayisədə orta çirklənmə səviyyəsi nümayiş etdirib.
Qeyd edək ki, siyahıda ölkənin mövqeyi nə qədər yuxarıdırsa, ekoloji vəziyyət bir o qədər təhlükəli hesab olunur.
Havanın ən çox çirkləndiyi ölkələrin ilk üçlüyünə Pakistan, Banqladeş və Tacikistan daxildir.
Havanın ən təmiz olduğu ölkə və ərazilər isə bunlardır: Fransız Polineziyası, Puerto-Riko, Virgin adaları, Barbados, İslandiya, Andorra, Avstraliya, Estoniya və Panama.
Azərbaycanın regiondakı qonşularının əksəriyyəti siyahıda daha yuxarı pillələrdə yer alıb ki, bu da həmin ölkələrin havasında zərərli hissəciklərin daha yüksək konsentrasiyada olduğunu göstərir:
Özbəkistan – 10-cu yer
Qırğızıstan – 19-cu yer
İran – 22-ci yer
Ermənistan – 24-cü yer
Qazaxıstan – 29-cu yer
Türkiyə – 39-cu yer
Gürcüstan – 56-cı yer
Azərbaycan – 59-cu yer
Ukrayna – 95-ci yer
Rusiya – 99-cu yer
Respublikada PM2.5 hissəciklərinin konsentrasiyasına təsir edən əsas amillər kimi sənaye fəaliyyəti, Bakıdakı avtomobil tıxaclarının sıxlığı və tozun daşınmasına şərait yaradan iqlim xüsusiyyətləri qalmaqdadır.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ