Onlayn ictimai-siyasi qəzet
İran hökumətinə məxsus təyyarənin Rusiya istiqamətində uçuşu qeydə alınıb.
Musavat.com xəbər verir ki, hazırda təyyarənin göyərtəsində hansı rəsmi şəxslərin olduğu barədə heç bir rəsmi məlumat açıqlanmayıb.
Uçuşun məqsədi ilə bağlı Tehran tərəfindən susqunluq qorunur. Hadisə ABŞ–İran gərginliyinin pik həddə çatdığı, regionda hərbi toqquşma ehtimallarının açıq şəkildə müzakirə edildiyi bir vaxta təsadüf edir. Məhz bu səbəbdən sözügedən uçuş siyasi və təhlükəsizlik dairələrində ciddi suallar doğurub.
Ehtimal olunur ki, söhbət fövqəladə diplomatik missiyadan, hərbi-siyasi koordinasiyadan və ya mümkün böhran ssenariləri ilə bağlı qapalı danışıqlardan gedə bilər. Xüsusilə İran mediasında müharibənin yaxınlaşdığına dair həyəcanlı siqnalların artması bu uçuşu daha da şübhəli göstərir.
Tehran–Moskva xəttində baş verən bu hərəkət regionda yeni mərhələnin başlaya biləcəyinə dair ehtimalları gücləndirir.
Musavat.com

05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ