İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrantlar iki ölkə arasında siyasi böhran yaratdı

İtaliyanın Baş naziri Giorgia Meloni Afrikanın şimal sahilində yerləşən İspaniyanın Seuta muxtar şəhərinə qanunsuz miqrantların axını səbəbindən İspaniya ilə sərhəd keçidləri ilə bağlı Şengen Sazişini dayandırmağa hazır olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, Meloni bunu sosial media hesabında bəyan edib:

"Seutadan gələn görüntülər şokedicidir və bir daha göstərir ki, nəzarətsiz qanunsuz immiqrasiya Avropa sərhədlərinin təhlükəsizliyinə konkret təhdid yaradır. Biz sərhədlərimizi qorumaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün fövqəladə tədbirlərə, o cümlədən İspaniya ilə Şengen zonasını dayandırmağa hazırıq".

Daha sonra İtaliyanın xarici işlər naziri Antonio Tajani Meloninin bu fikrini dəstəkləyən çıxış edib.

İtaliya rəsmilərinin fikirləri Madriddə qəzəblə qarşılanıb. İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez İtaliya səfirini nazirliyə çağırdığını elan edib: "Bu mesaj, Avropa həmrəyliyini gözlədiyimiz tərəfdaş və dost ölkənin xarici işlər nazirinə layiq deyil. Mən İtaliya səfirini çağırdım".

İspaniya mediasının məlumatına görə, son bir həftə ərzində 1500-dən çox miqrant Mərakeşdən Seutaya üzərək, digərləri isə piyada gəliblər. Digər mənbələr muxtar şəhərə təxminən 20.000 insanın çatdığını təxmin edir. Gələnlərin sayı hələ müəyyən edilməyib. Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün ordu göndərmək qərarına gəlib. İspaniya Baş naziri Pedro Sançes və Daxili İşlər naziri Fernando Qrande-Marlaskanın bu gün Seuta səfəri planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR