İnsanlara hürriyət, millətlərə istiqlal!

Minlərlə vəhşi at vurulacaq: təbiəti xilas etmək üçün sərt qərar

Avstraliyada vəhşi atların sayının kəskin artması hakimiyyət orqanlarını radikal addım atmağa məcbur edib.

Musavat.com xəbər verir ki, Yeni Cənubi Uels ştatının milli park xidmətinin məlumatına görə, son yağışlı və mülayim yay mövsümü atların sürətlə çoxalmasına səbəb olub.

Mütəxəssislər hesab edirlər ki, vəziyyətə təcili müdaxilə edilməsə, vəhşi atlar alp bataqlıqları, dağ çəmənlikləri və kiçik su axınları kimi həssas ekosistemlərə ciddi ziyan vuracaq.

Bundan əlavə, qışda otlaqlar qar altında qaldıqda minlərlə atın aclıq və soyuqdan tələf olacağı bildirilir.

Məlumata görə, son illərdə vəhşi atların sayı təxminən 3 mindən 16 minə yüksəlib. Problemin qarşısını almaq üçün onların bir hissəsinin helikopterlərdən vurulmasına icazə verilib.

Qeyd edək ki, oxşar tədbirlər daha əvvəl də həyata keçirilib. Belə ki, 2023–2024-cü illərdə Kosyuşko Milli Parkında vəhşi atların sayı təxminən 14 min baş azaldılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR