Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" ilə ödəyə biləcəklər.
NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.
Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.
Bəs, NFC ilə ödəniş sisteminin avtobuslarda da tətbiqi planlaşdırılırmı?
Bununla bağlı Milli.Az-ın sorğusuna cavab olaraq BakıKart-dan bildirilib ki, İlin sonunadək bütün marşrut avtobuslarında da NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq:
"Bu addım sərnişinlərə metro və avtobuslarda eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq. Bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur".
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ