Onlayn ictimai-siyasi qəzet
“Bakıda həbsdə olan Ruben Vardanyanın dırnaqarası siyasi fəaliyyəti yalnız azərbaycanlılara deyil, ermənilərə də zərər verib”.
Musavat.com xəbər verir ki, bu barədə məşhur erməni bloger jurnalist Natali Aleksanyan özünün sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, Vardanyanın Qarabağda olduğu dövrdə Azərbaycan tərəfindən ona bölgəni tərk etməsi üçün bir çox mesajların göndərildiyini də xatırlamaq lazımdır:
“Vardanyan isə bunu etmədi və prosesi sonuna qədər davam etdirməyi seçdi. Bu, onun şəxsi siyasi qərarı idi. Buna görə də, bu seçimin məsuliyyətinin niyə başqaları tərəfindən daşınmalı olduğu və ya niyə Ermənistanda ümumi bir problem kimi qəbul edilməli olduğu sualı ortaya çıxır. Məhkəmənin qərarı ilə bağlı şərh edərkən əvvəlcə RubenVardanyanın son sözünə diqqət yetirmək lazımdır. Çıxışında “Artsax var idi, var və olacaq” ifadəsini işlədib. “Artsax” anlayışı Azərbaycan üçün siyasi baxımdan ərazi iddiası kimi qiymətləndirildiyi və həm Azərbaycan qanunlarına, həm də beynəlxalq hüquqa zidd olduğu üçün bu ifadə onun Azərbaycana qarşı pozucu bir mövqe sərgilədiyini faktiki olaraq təsdiqləyir”.
Aleksanyan onu da bildirib ki, hər bir halda, Vardanyan seçdiyi siyasi xəttin nəticələri ilə üz-üzə qalıb:
“Gələcəkdə ərazi iddiaları və separatçı layihələr üzərində qurulan siyasi yanaşmaların tamamilə geridə qalması arzuolunandır. Çünki sülh içində bir Ermənistan və sülh içində bir Azərbaycanda bu cür gündəmlərə yer olmamalıdır".
Etibar Seyidağa,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ