Onlayn ictimai-siyasi qəzet
Hindistanın Kalkutta şəhərinin mərkəzində yerləşən otellərdən birində gecə saatlarında kütləvi yanğın baş verib.
Musavat.com xəbər verir ki, dəhşətli insident nəticəsində azı 9 nəfər həlak olub, daha 6 nəfər playsız xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn xilasetmə və yanğınsöndürmə briqadaları bina sakinlərini təxliyə etməyə müvəffəq olublar. Yanğınsöndürmə idarəsinin nümayəndələri ölənlərin kimliyinin dəqiqləşdirildiyini bəyan ediblər.
Məlumata görə, həlak olanlar arasında Hindistan və Banqladeş vətəndaşları, həmçinin bir uşaq da var.
Hadisənin başvermə səbəbləri hələlik tam müəyyən edilməyib, ərazidə axtarış və təhqiqat işləri davam etdirilir.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ