İnsanlara hürriyət, millətlərə istiqlal!

Mbappe ən yaxşı gənc futbolçunun adını AÇIQLADI

“Real”ın hücumçusu Kilian Mbappe gənc futbolçular arasında kimi ən yaxşı hesab etdiyini açıqlayıb.

O, xüsusilə “Barselona”nın oyunçusu Lamin Yamalı fərqləndirib.

“Çox ad çəkmək istəmirəm, çünki birdən kimisə unudaram. Dünyanın ən yaxşı 10-15 futbolçusundan danışanda düşünürəm ki, hamı mənimlə razılaşar. Gənclər arasında isə Lamin Yamalı qeyd edərdim. Onda hər şey var”, – deyə Mbappe bildirib.

Fransalı hücumçu digər gənc futbolçular barədə də fikirlərini bölüşüb:

“Estevaonu bəyənirəm, onda xüsusi qabiliyyət var. “Real”da Arda Güler çox böyük uğurlar qazana bilər. Endrikin böyük potensialı var, o, anadangəlmə bombardirdir. Uorren Zair-Emeri və Dezire Due də böyük karyera quracaqlar”.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR