İnsanlara hürriyət, millətlərə istiqlal!

Maskın çatbotu Britaniya məşhurlarının intim fotolarını yaratdı – Londondan sərt cavab gəldi

X şirkəti ona inteqrasiya olunmuş süni intellekt çatbotu Grok-a nəzarəti təmin etməsə, bunu Böyük Britaniya hökuməti edəcək.

Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla Böyük Britaniyanın Baş naziri Keir Starmer çıxış edib.

O, hakim Leyborist Partiyasının üzvləri ilə görüşdə bu barədə danışıb: "Əgər X Groku idarə edə bilmirsə, biz edəcəyik və bunu tez bir zamanda edəcəyik, çünki zərər və zorakılıqdan qazanc əldə etsəniz, özünüzü tənzimləmək hüququnuzdan məhrum olursunuz. Aydın olsun ki, biz buna dözməyəcəyik, çünki dünya nə qədər qeyri-sabit və ya mürəkkəb olursa olsun, bu hökumət öz dəyərlərinə əsaslanacaq. Biz güclülər qarşısında həssasları qoruyacağıq".

Baş nazir bu açıqlamanı 12 yanvarda, Britaniya media tənzimləyicisi Ofcom-un Grok tərəfindən yaradılan şəkillərlə bağlı X-ə qarşı araşdırma başlatdığı gün verib. Çatbot, X-ə də sahib olan İlon Musk-ın xAI şirkəti tərəfindən hazırlanıb.

Britaniyanın Elm, İnnovasiya və Texnologiya üzrə Dövlət Katibi Liz Kendall ölkəsinin razılıq olmadan intim şəkillərin yaradılmasını cinayət hesab edəcəyini açıqladı. Bu cür tətbiqlərin yaradıcılarına da şamil ediləcək müvafiq qanunun bu həftə qüvvəyə minməsi planlaşdırılır. The Daily Telegraph-ın məlumatına görə, Londonun qəzəbi X ilə inteqrasiya olunmuş çatbotun istifadəçilərin istəyi ilə yaratdığı qadın və uşaqların açıq-saçıq şəkillərindən qaynaqlanır. Qəzet qeyd edir ki, artıq Britaniya taxtının varisinin həyat yoldaşı Uels şahzadəsi Ketrin Middleton, Britaniya məşhurları, kabinet nazirləri və parlament üzvlərinin belə fotolarının yaradılması halları qeydə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR