Onlayn ictimai-siyasi qəzet
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın CHP-dən istefası Türkiyə siyasətində geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, “Hürriyet” qəzetinin siyasi köşə yazarı Abdulkadir Selvi Yavaşın qərarının qarşıdakı prezident seçkilərində siyasi balanslara təsir göstərə biləcəyini iddia edib.
Selvi yazısında belə deyib:
“Mansur Yavaşın bu qərarı ilə birlikdə prezident seçkisində balanslar dəyişdi. Prezident seçkisi indidən Ərdoğana xeyirli olsun”.
Selvi həmçinin Yavaşın CHP-dən ayrılmasının prezidentlik yarışı baxımından ciddi siyasi nəticələr doğuracağını irəli sürüb.
Mansur Yavaş isə istefasının prezident seçkiləri ilə bağlı olmadığını bildirib. O, siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirəcəyini açıqlayıb.
Yavaş Ankara Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini davam etdirir.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ