İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro Trampla anlaşıbmı: baş verənlər “danışıqlı oyun"durmu - Zaur Bayramlı ABŞ-dan yazır

Bəziləri iddia edirlər ki, Maduro Amerika ilə anlaşıb və təslim olub. Yəni onun əsir götürülməsi danışıqlı oyundur-filan.

Düzdür, hər bir iddianın yaşamaq haqqı vardır, amma mən onlar kimi düşünmürəm.

Maduro Amerika ilə anlaşsaydı, elə müəyyən iqtisadi və siyasi güzəştlərə gedər, ömrünün sonuna qədər də hakimiyyətdə qalardı.

Rusiya və Çin faktoruna gəlincə, Maduronun Trampla anlaşması durumunda Amerika onları tədricən zərərsizləşdirməyi və bölgədən uzaqlaşdırmağı öz üzərinə götürərdi.

Venesuelanın bu iki ölkəyə toplam borcu 100 milyard dollardan da azdır. Bu isə ABŞ üçün çox kiçik rəqəmdir.

Yəni yuxarıda qeyd etdiyim iddianı səsləndirən dostlarımızın məntiqinə görə, Amerika ilə “anlaşma” nəticəsində Maduro sonsuza qədər hakimiyyətdə qalmağı yox, tarixdə ən aşağılanmış şəkildə əsir götürülən dövlət başçısı kimi, arvadı ilə bərabər gecəyarısı yataqda yarıçılpaq vəziyyətdə boyunlanıb da alçaldılmağı seçdi, hə?

Dediyim kimi, hər bir iddianın həyat haqqı var, amma bu, hamıya ağlına və ağzına gələni ictimailəşdirmək haqqı verməməlidir.

Qənaətimcə, Maduro Trampla hücumdan bir neçə gün əvvəl ikili arasında keçən telefon danışıqları zamanı ona edilən təkliflərdən imtina etdi (hər halda Çin və Rusiyanın onu qoruyacağına arxayın olaraq), hətta imtina ilə qalmayaraq, bütün diktatorlar kimi öz xalqının qarşısında artistlik edib, Amerikaya “meydan oxumaq” yolunu seçdi.

Tramp isə “lotudur” – bu meydan oxumanı qəbul etmədi və nəticə ortadadır.

Həm də Tramp bunu sadəcə Maduronu zərərsizləşdirmək üçün etmədi (əgər belə olsaydı, onu rahat bir şəkildə öldürdə bilərdi), məlum səhnəni eyni zamanda ona/Amerikaya “ləbbeyk” deməyən digər Latın Amerikası ölkələri başda olmaqla, növbəti hədəflərdən birinə – İrana və təbii ki, Rusiya və Çinə mesaj vermək üçün qurğuladı.

Yəni ki, ağıllı olun, “bir gecə ansızın gələ bilərik”.

Screenshot_1.png (435 KB)

Zaur Bayramlı, ABŞ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR