Onlayn ictimai-siyasi qəzet
Venesuela prezidenti Nikolas Maduro Nyu-Yorkun Cənub Dairəsindəki federal məhkəmədən onu narkotik terrorizmi törətməklə sui-qəsddə ittiham edən ittihamın birinci maddəsini ləğv etməsini istəyib.
Musavat.com xəbər verir ki, Maduronun müdafiəsinin məhkəməyə təqdim etdiyi vəsaitdə ona qarşı bütün ittihamaların götürülməsi istənilir. Əsas kimi isə onun bir ölkənin dövlət başçısı olduğu göstərilir. Narkoticarətlə bağlı da ittihamların qaldırılması istənilir: "Maduro narkotik qaçaqmalçılığı ilə hər hansı bir əlaqəsi olduğunu və ya terrorizmlə məşğul olan hər kəsi dəstəkləmək niyyətində olduğunu qəti şəkildə rədd edir". Müdafiə tərəfi qeyd edir ki, ittiham tərəfi Maduronun iddia edilən hərəkətləri ilə ABŞ arasında zəruri əlaqəni müəyyən edə və onların ABŞ-a, vətəndaşlarına və ya maraqlarına zərər vermək məqsədi daşıdığını sübut edə bilmir.
Müdafiə tərəfi həmçinin iddia edir ki, ABŞ-ın narkotik terrorizmi qanununun tamamilə ABŞ xaricində törədilən və ABŞ ilə kifayət qədər əlaqəsi olmayan xarici vətəndaşın hərəkətlərinə tətbiq edilməsi Maduronun ədalətli məhkəmə prosesi hüququnu pozacaq. Bundan əlavə, müdafiə tərəfi iddia edir ki, qanunun bu cür tətbiqi ABŞ Konqresinin səlahiyyətlərini aşacaq.
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Maduronun ABŞ-da yeni ittihamlarla üzləşə biləcəyini qeydn edib. O, Ağ Evdə çıxışı zamanı Maduro və həyat yoldaşı Siliya Floreslə bağlı "onlar çox ağır cinayətlərdə ittiham olunurlar" deyib: "Bundan əlavə, düşünmürəm ki, onlar həbsxanalarını məhbusları ABŞ-a göndərmək üçün boşaltmaqda ittiham olunublar, amma bəlkə də belə olacaqlar".
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ