İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduro müqavimət göstərir: Venesuelada bütün milli müdafiə planları aktivləşdirilir

Venesuela prezidenti Nikolas Maduro ölkənin milli təhlükəsizliyini təmin etmək məqsədilə bütün milli müdafiə planlarının icraya hazır vəziyyətə gətirilməsi barədə göstəriş verib.

Musavat.com xəbər verir ki, bu barədə Venesuela hökumətinin yaydığı rəsmi bəyanatda bildirilir.

Qeyd olunur ki, müdafiə planları lazımi vaxtda və uyğun şərait yarandıqda mərhələli şəkildə həyata keçiriləcək.

Rəsmi Karakas bu addımı ölkənin suverenliyinin və təhlükəsizliyinin qorunmasına yönəlmiş tədbir kimi qiymətləndirir. Son hadisələr fonunda regionda hərbi-siyasi gərginliyin artdığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR