İnsanlara hürriyət, millətlərə istiqlal!

“Maduro effekti” futbol meydanında: “Malyorka”nın geyimi dünyanı silkələdi

“Malyorka” futbol klubu “Jirona” ilə oyuna çıxmazdan əvvəl meydanda gözlənilməz görüntü ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, komandanın bütün futbolçuları işıq-boz rəngli Nike idman geyimlərində meydana çıxıblar. Bu geyim isə sosial şəbəkə istifadəçiləri tərəfindən Venesuela lideri Nikolas Maduronun saxlanılarkən əynində olduğu kostyumla müqayisə edilib.

Qısa müddətdə sosial mediada viral olan görüntülər “Maduro effekti” kimi şərh olunub. İstifadəçilər geyimin təsadüfi olmadığını iddia edir, bəziləri isə bunu açıq siyasi mesaj kimi qiymətləndirir. Klub tərəfindən mövzu ilə bağlı rəsmi açıqlama verilməsə də, görüntülər artıq qlobal trendə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR