Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının növbəti iclasında mühüm bəyanatlarla çıxış edib.
Musavat.com xəbər verir ki, Rusiya diplomatiyasının rəhbəri ölkəsinin "həqiqət və ədalət" uğrunda mübarizəsini sona qədər davam etdirəcəyini vurğulayıb.
Lavrovun sözlərinə görə, müharibənin bütün məqsədləri tam təmin olunacaq və Rusiyanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlər qətiyyətlə aradan qaldırılacaq.
Rusiya XİN rəhbəri Qərb dövlətlərini və NATO-nu kəskin tənqid edərək bildirib ki, Avropa ABŞ-nin də maraqlı olduğu Ukrayna üzrə sülh danışıqları perspektivini bilərəkdən pozmağa çalışır.
Çıxışda həmçinin Serbiyaya Aİ üzvlüyü adı altında Moskvaya qarşı sanksiyalar tətbiq etmək üçün təzyiqlər göstərildiyi qeyd olunub.
Lavrov Qərbin avantürist və proqnozlaşdırılamaz siyasətinin milyardlarla insanın həyatını təhlükəyə atdığını, lakin bütün çətinliklərə baxmayaraq Avropada dinc həyatın bərpa olunacağını bildirib.
BMT Təhlükəsizlik Şurasının genişlənməsi məsələsinə toxunan nazir, Rusiyanın Almaniya və Yaponiyanın daimi üzvlüyünə qarşı olduğunu, lakin Hindistan və Braziliyanın namizədliyini müdafiə etdiyini diqqətə çatdırıb.
Çıxışının sonunda Lavrov BMT-nin yeni baş katibinin ayrı-ayrı dövlətlərin maraqlarına deyil, tərəfsizlik prinsipinə uyğun olaraq bütün beynəlxalq birliyə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ