Onlayn ictimai-siyasi qəzet
Komaya düşən Əməkdar artist Sevda Saleh Məmmədzadənin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a bildirilib ki, hazırda diktorun vəziyyəti ağır stabil qiymətləndirilir:
“1931-ci il təvəllüdlü qadın 02.09.2026-cı il tarixində saat 00:30 radələrində ağır vəziyyətdə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə hospitalizasiya olunub.
Baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir”.
Qeyd edək ki, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-i koma vəziyyətində reanimasiyaya yerləşdirilib.
Şahanə Rəhimli
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ