İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryanın “artsax” xülyası – Bakıdan ŞİLLƏ kimi cavab

“Biz inanırıq ki, artsax xalqının geri qayıtmaq hüququ uğrunda mübarizə aparmaq realdır”.

Musavat.com yazır ki, bu sayıqlamanı Xocalı hərbi canisi Robert Köçəryanın oğlu, “Ermənistan” blokundan olan deputat Levon Köçəryan Abovyan sakinləri ilə görüşdə dilə gətirib. 

Köçəryanın oğlu Ermənistanın İstintaq Komitəsinə çağırılıb

“Biz bunun mümkünlüyünə inanırıq. Bu, çox təbii və məntiqi, eyni zamanda, qlobal supergüclər üçün kifayət qədər anlaşılan tələbdir. Nə dərəcədə realdır? Ən azından, bu tələbi gündəmdə saxlamaq və xarici siyasət gündəliyimizə daxil etmək, şübhəsiz ki, real və zəruridir. Ondan sonrakı addımlar barədə düşünərik”, - deyə Köçəryan “çəhrayı arzusunu” gerçək kimi təqdim eləməyə çalışıb. O, həmçinin, Baş nazir Nikol Paşinyanın ermənilərin Qarabağa qayıdışını qeyri-mümkün saymasını “milli xəyanət” adlandırıb.

Əlbəttə, həmin sözləri deyərkən baş nazir Azərbaycan Ordusunun yaratdığı reallığı nəzərə almışdı. O səbəbə qayıdış məsələsinin gündəmə daşınmasının Bakı və İrəvan arasında sülh prosesinə zərbə vuracaq təhlükəli mövzu adlandırmışdı.

Köçəryan nə sayıqlayır? Hazırda radikal müxalifətin bu ritorikası cəmiyyətdə nə dərəcədə dəstəklənir?

"Levon Köçəryan Qarabağı yuxusunda görə bilər. Onun xəcalət çəkməsi lazımdır ki, atasının əli günahsız və dinc azərbaycanlıların qanına batıb. Levon yaxşı bilir ki, atası uşaq qatilidir və onun yeri həbsxanadır. Ona görə də ayıbına kor olmaq əvəzinə Qarabağa qayıdışdan danışır".

Bu fikirləri Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə AŞPA-nın Hüquq və İnsan haqları komitəsinə üzv seçildi

Onun sözlərinə görə, Köçəryan və oğlunun çıxışları daxili auditoriyaya hesablanıb:

"Ermənilərin qayıdışı o halda mümkündür ki, Qərbi azərbaycanlılar da tarixi torpaqlarına dönsün. Ermənistan hakimiyyəti isə belə bir qayıdışa tərəddüd edir. Çünki Qərbi Zəngəzurda demoqrafik üstünlük azərbaycanlılarda olacaq. Eyni zamanda, Paşinyan Qarabağda ermənilərin yaşamasını gələcəkdə növbəti problemin başlanğıcı kimi görür. Yəni Rusiyanın yenidən regionu qarışdırması riski meydana gələ bilər. Üstəlik, ermənilərin qayıdışı məsələsi siyasi alətə çevrilib”.

Ç.Qənizadə qeyd edib ki, Qarabağda 30-40 min erməni yaşayıb və indi məsələni şişirdirlər:

“Onların qayıtmaq istəyi də yoxdur. Əgər Qarabağı istəsəydilər, getməzdilər və vətəndaşlığı qəbul edərdilər. Deməli, bu mövzu ermənilərin və onların himayədarlarının əlində yeni siyasi oyuna çevrilib".

Siyasi ekspert Ramiyə Məmmədova isə hesab edir ki, bu məsələ gündəmdə saxlanır və beynəlxalq diqqət gözlənilir.

"Avropa Şurası, Avropa Parlamenti kimi təsisatlar Azərbaycana ləkə yaxmaq üçün separatçıların həbsini və ermənilərin gedişini əldə bir "kart" kimi istifadə edirlər. Ermənilərə bu qədər dəstək verənlər var imiş və onlar 30 il işğalı dəstəkləyib. İndi də onları müdafiə edirlər. Bu da haqsızlıqdır ki, işğala məruz qalmış tərəfi ittiham edəsən, separatçılara, canilərə sahib çıxasan. Ən absurd odur ki, Avropa təsisatları Rusiyanın on illərlə himayə etdiyi keçmiş xunta rejiminin liderlərinə qahmar çıxır, onları "siyasi əsir" adlandırır. O zaman Donbas, Abxaziya, Dnestryanı separatçılarına da sahib çıxsınlar. Ancaq o ölkələrdə işğalı, separatizmi pisləyirlər, bizə çatanda erməni cinayətlərinə şərik çıxırlar”, - deyə ekspert vurğulayıb.

Azərbaycan MN: "Qarabağda yaşayan erməni sakinləri ərzaq, su və istilik ilə  təmin edirik" - BBC News Azərbaycanca

Onun sözlərinə görə, Levon Köçəryan kimi axmaqlar isə atasının nağılları ilə böyüyüb:

“Onu həbs etmişdilər, sonra buraxıb deputat etdilər. Bu adamlar Rusiyanın mövqeyindən danışaraq Qarabağa qayıdış mövzusunu gündəmə gətirir və qəribədir ki, Qərb təşkilatları da Moskvanın maraqlarına uyğun çıxış edir. Halbuki əksinə olmalıdır. Levon isə atasının nağıllarına inanmağa davam edə bilər, nəticəsi olmayacaq".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR