İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan buna görə SAXLANILIB - DETALLAR AÇIQLANDI

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ölkənin keçmiş prezidenti (1998–2008) Robert Köçəryana vəzifə səlahiyyətlərindən istifadə etməklə əmlakı dəyərindən aşağı qiymətə əldə etmə ittihamı irəli sürüb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Komitənin mətbuat xidmətinin yaydığı videomaterialda bildirilir ki, Ermənistan Respublikasının prezidenti vəzifəsində çalışmış şəxsin ona yaxın şəxslərlə əvvəlcədən razılaşaraq, vəzifə səlahiyyətlərindən istifadə etməklə müxtəlif uydurma bəhanələrlə dövlət mülkiyyətində olan, ictimai və iqtisadi əhəmiyyət daşıyan bir sıra qiymətli daşınmaz əmlak obyektlərini dövlət mülkiyyətindən çıxardığı və onları bazar qiymətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə etdiyi barədə faktiki məlumatlar əldə edilib.

“İlkin istintaqın məlumatlarına əsasən, əmlakın əsl mənsubiyyətini və cinayət yolu ilə əldə edilməsini gizlətmək məqsədilə həmin əmlaklar əlaqəli şirkətlərin adına rəsmiləşdirilib. Daha sonra əldə edilmiş əmlak tikinti və satış məqsədilə istifadə olunub, üçüncü şəxslərə özgəninkiləşdirilib, həmçinin sahibi olan şirkətlərin paylarının yenidən rəsmiləşdirilməsi yolu ilə, o cümlədən bağışlama formasında başqa şəxslərə verilib”, - deyə qurumun məlumatında bildirilir.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi araşdırılan cinayət işi çərçivəsində 6 nəfərin, o cümlədən keçmiş prezident Robert Köçəryanın, onun oğlunun və digər şəxslərin saxlanıldığını da açıqlayıb.

“Antikorrupsiya Komitəsində araşdırılan cinayət işi çərçivəsində keçmiş prezident, onun oğlu və cinayət sxemlərinə cəlb olunmuş digər şəxslər də daxil olmaqla, 6 nəfər saxlanılıb”, - deyə məlumatda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR