Onlayn ictimai-siyasi qəzet
Son günlər Azərbaycan Dəmir Yollarında baş verən qanunsuzluqlar, xüsusən də Tiflisə səfər edən vətəndaşların qarşılaşdığı çətinliklər müzakirə mövzusudur. Bu biabırçı vəziyyəti yaradan kimlərdir? Bunun qarşısını necə almaq olar?
Az qala hər gün ətin qiymətinin bahalaşacağı ilə bağlı xəbərlərb yayılır. Torpağının altı da, üstü də qızıl olan ölkədə niyə bu problem həll edilmir? Heyvandarlığın səviyyəsi aşağı düşüb? Meyvə-tərəvəz ildən-ilə bahalaşır?
Eyni zamanda metroda baş verən dəyişiklik sərnişinləri yeni sınağa çəkir. İşə-dərsə gedənlər hər gün neçə dəfə artıq pul ödəməli olacaq? Bunun vətəndaşın cibinə təsir etməməsi üçün hansı tədbirlər görüləcək? Sentyabrdan etibarən yollarda tıxaclar artacaq və şəhər nəqliyyatı xaosamı çevriləcək?
Bizi maraqlandıran mövzularla bağlı bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirəmiz olacaq. Müzakirəyə tamaşaçılarımız da qoşula bilər.
Youtube səhifəsinin ünvanı:
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ