Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal hissəsinə endirilən aviazərbə nəticəsində HƏMAS-ın "Əş-Şati" batalyonunun komandiri Məhəmməd Bəsam Muştahanın məhv edildiyini bəyan edib.
Musavat.com xəbər verir ki, İsrail hərbçilərinin məlumatına görə, iyulun 30-da həyata keçirilən bu əməliyyatda hədəf alınan Muştaha 2023-cü il oktyabrın 7-də İsrailə olunmuş hücumda şəxsən iştirak edib.
ÇAXAL bildirir ki, Məhəmməd Muştaha əsir götürülmüş bir neçə İsrail vətəndaşının, o cümlədən Tsahi Idan, Noa Martsiano, Ziv Berman, Omri Miran, Ori Meqidış, Naama Levi və Matan Anqrestin girovluqda saxlanılmasına birbaşa cavabdeh olub.
İsrail tərəfinin iddiasına görə, son həftələrdə o, mülki şəxslərə və hərbçilərə qarşı yeni hücumlar təşkil etməyə cəhd göstərirmiş.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ