Onlayn ictimai-siyasi qəzet
İsrail İranla gərginliyin artması fonunda müharibəyə hazırlıqlarını gücləndirir.
Musavat.com xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-leytenant Eyal Zamir ordu rəhbərliyi ilə keçirdiyi iclasda bildirib.
Onun sözlərinə görə, ordu geniş mümkün ssenarilərə hazırlaşır.
“Müdafiə mövqelərimizi gücləndirməli və fasiləsiz hücum əməliyyatlarına hazır olmalıyıq”, - deyə general bildirib.
O, hazırda döyüş hazırlığının artırılması mərhələsinin getdiyini vurğulayıb.
Baş Qərargah rəisi həmçinin 7 oktyabr 2023-cü ildə HƏMAS-ın qəfil hücumundan dərs çıxarmağın vacibliyini qeyd edib.
“Müharibənin bütün cəbhələrində bir sıra hücum əməliyyatları keçirməyə hazır olmalıyıq”, - deyə Zamir əlavə edib.
Eyni zamanda ABŞ-nin İrana mümkün zərbəsi ətrafında qarşılıqlı təhdidlər və müzakirələr davam edir. İsrail rəsmiləri bildirirlər ki, ölkə hər hansı ssenaridə baş verə biləcək hadisələrə hazırdır. İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, İranın İsrail ərazisinə istənilən hücumu sərt cavabla qarşılanacaq.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ