Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Pensilvaniya ştatında kiçik təyyarənin polis helikopterinə çırpılması nəticəsində bir nəfər ölüb, iki polis əməkdaşı yaralanıb.
Musavat.com xəbər verir ki, hadisə Karlayl Regional Hava Limanında təlim zamanı baş verib.
İlkin məlumata görə, Pensilvaniya Ştat Polisinə məxsus Bell 407 helikopteri uçuş-enmə zolağının yaxınlığında təlim həyata keçirib. Ştat polisi sonrakı açıqlamasında toqquşma anında helikopterin yerdə olduğunu bildirib. Digər rəsmi ilkin məlumatlarda isə helikopterin yerdən bir neçə metr yüksəklikdə olduğu qeyd edilib.
Bu zaman uçuş-enmə zolağı boyunca hərəkət edən Cessna 150 qəfil sağa yönələrək helikopterə arxadan çırpılıb. Təyyarə helikopterin quyruq və əsas rotorlarına toxunub. Güclü zərbədən sonra Cessna parçalanıb, helikopter isə çevrilərək yan üstə qalıb.
Qəza nəticəsində Cessna-nın 57 yaşlı pilotu Pol Sokoloski hadisə yerində həyatını itirib. Helikopterdə olan iki polis əməkdaşı yaralanaraq xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ