İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI

Xərçəngin təkrarlanma riskini 49% azaldan yeni vaksin tezliklə təsdiqlənir

Musavat.com xəbər verir ki, "Moderna" və "Merck" şirkətlərinin birgə hazırladığı "intismeran" preparatı fərdi mRNT peyvəndi kimi son sınaq mərhələsini uğurla başa çatdırıb. Preparat "Keytruda" immunoterapiya dərmanı ilə birgə tətbiq olunur.

Bu vaksin hər bir xəstənin şiş toxumasındakı xüsusi mutasiyalar əsasında tamamilə fərdi qaydada hazırlanır.

Yüksək riskli melanoma (dəri xərçəngi) diaqnozu olan 1137 xəstənin iştirak etdiyi klinik sınaqlarda terapiya qarşıya qoyulan əsas məqsədə çatıb. Müalicə xəstəliyin yenidən qayıtma (reçidiv) riskini kəskin şəkildə azaldıb və xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının (metastaz) qarşısını alıb. Əvvəlki 5 illik müşahidələr zamanı da bu terapiyanın təkrarlanma və ya ölüm riskini 49% azaltdığı sübut olunmuşdu.

"Moderna" və "Merck" şirkətləri yaxın aylarda dərmanın rəsmi istifadəsi üçün səhiyyə tənzimləyicilərinə müraciət etməyi planlaşdırır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR