Onlayn ictimai-siyasi qəzet
İran və ABŞ arasında uzun müddətdir davam edən gərgin münasibətlər fonunda gözlənilməz diplomatik addım gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Pakistanın xarici işlər naziri İshaq Dar yaxın günlərdə tərəflər arasında danışıqların İslamabadda keçirilə biləcəyini açıqlayıb.
Nazirin sözlərinə görə, bu görüş regionda artan hərbi-siyasi gərginliyin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. İran və ABŞ arasında son dövrlərdə qarşılıqlı ittihamlar, hərbi insidentlər və təhdidlərin artması fonunda belə bir təmasın təşkili diqqət çəkir.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ