İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Moskvaya diplomatik mesaj: "Münasibətləri suverenlik əsasında inkişaf etdirəcəyik"

Ermənistanın xarici siyasətində Rusiya ilə münasibətlərin gələcəyi barədə yeni və mühüm bəyanat səsləndirilib.

Musavat.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) 2025-ci ilin yekunlarına dair hesabat iclasında ölkənin Rusiya ilə "dostluq əlaqələrini davam etdirmək" niyyəti rəsmən təsdiqlənib.

Baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilən iclasda vurğulanıb ki, Ermənistan Rusiya Federasiyası ilə əməkdaşlığı dayandırmaq deyil, onu yeni və daha sağlam təməllər üzərində qurmaq istəyir.

Xarici İşlər Naziri Ararat Mirzoyan tərəfindən təqdim edilən hesabatda Moskva ilə münasibətlərin gələcək xətti belə müəyyən edilib:

-Münasibətlər hər iki tərəfin suverenliyinə qeyd-şərtsiz hörmət prinsipi əsasında inkişaf etdirilməlidir.

-Ermənistan öz xarici siyasi prioritetlərini (o cümlədən Aİ və ABŞ ilə yaxınlaşmanı) qoruyub saxlamaqla yanaşı, Rusiya ilə iqtisadi və diplomatik əlaqələri saxlamaqda maraqlıdır.

- İrəvan son dövrlər iki ölkə arasında yaranmış bəzi diplomatik anlaşılmazlıqların dialoq yolu ilə aradan qaldırılmasına tərəfdar olduğunu bildirib.

Paşinyandan "reallıq" mesajı

İclasda çıxış edən Baş nazir Nikol Paşinyan qeyd edib ki, Ermənistanın xarici siyasəti "emosiyalara deyil, dövlət maraqlarına və regional reallıqlara" əsaslanmalıdır. O, Rusiya ilə iqtisadi dövriyyənin (illik təxminən 11 milyard dollar) ölkə üçün həyati əhəmiyyətini xatırladaraq, bu sahədəki əməkdaşlığın diversifikasiya ilə paralel şəkildə davam etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, bu bəyanat Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvaya rəsmi səfəri və Sergey Lavrovla keçirdiyi "açıq və konstruktiv" görüşlərdən bir neçə gün sonraya təsadüf edir. Ekspertlər hesab edirlər ki, İrəvan 2026-cı ildə Moskva ilə münasibətlərdə "kəskin qırılma" deyil, "bərabərhüquqlu tərəfdaşlıq" modelini tətbiq etməyə çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR