İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda qalmaqal: hindistanlını vəhşicəsinə döydülər, soyundurdular, şəklini çəkdilər və pul tələb etdilər

 

İrəvanda fövqəladə hadisə baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə, əslində, iyun ayının 26-da törəməsinə rəğmən mətbuat onu bu gün işıqlandırıb.

Həmin gün 17:30 radələrində Erebuni rayon polis şöbəsinə iki gün əvvəl Nar-Dos küçəsindəki evlərin birində əcnəbinin vəhşicəsinə döyülərək işgəncələrə məruz qalması barədə əməliyyat məlumatı daxil olub.

Polis həmçinin müəyyən edib ki, hadisə nəticəsində zərərçəkmiş İrəvan Tibb Mərkəzinə yerləşdirilib. Hindli vətəndaş oradan politravma diaqnozu ilə Heratsi adına 1 saylı Universitet Xəstəxanasına aparılıb.

Polis qurbanın şəxsiyyətini də müəyyən edib: o, 43 yaşlı Hindistan vətəndaşı U.Kumardır.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlum olub ki, zərərçəkmiş Kuldip Kumar Kaşmir Lal iyunun 24-dən Nar Dos küçəsindəki evlərdən birində kirayədə qalıb.

Orada iyunun 25-də saat 00:05-dən 01:00-a kimi Tinka və Mani adlı şəxslər onu döyüblər, bağlayıblar, cinsi təcavüz ediblər, cinsiyyət orqanını yandırıblar, çılpaq halda videoya çəkiblər, videonu ailəsinə göndəriblər və təqribən 2000 dolla rpul tələb ediblər. Bundan əlavə, onun şalvarının cibindən 500 ABŞ dolları oğurlayaraq adıçəkilən evin otaqlarından birində kilidləyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR