İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda terror şoku: silahlılar polis rəisinin müavinini qətlə yetirdi - Video

İranın Sistan və Bəlucistan vilayətində növbəti qanlı terror aktı baş verib.

Musavat.com xəbər verir ki, bəluc separatçı-terrorçu qruplaşması Ceyş əl-Ədl İranshəhr şəhər polisinin rəis müavininin qətlə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

Məlumata görə, silahlı hücum nəticəsində İranshəhr şəhər polisinin rəis müavini, leytenant Mahmud Həqiqət həlak olub. Hadisə regionda təhlükəsizlik vəziyyətinin kəskin şəkildə pisləşdiyini göstərir. Rəsmi qurumlar insidentin detalları ilə bağlı hələlik məhdud məlumat yayıb. 

Qeyd edək ki, “Ceyş əl-Ədl” terror qruplaşması son illər İranın cənub-şərqində, xüsusilə Sistan və Bəlucistan vilayətində təhlükəsizlik qüvvələrinə qarşı ardıcıl silahlı hücumlar həyata keçirir. Tehran bu qruplaşmanı terror təşkilatı kimi tanıyır və bölgədə genişmiqyaslı təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR