Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə raket zərbələri endirdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, müvafiq açıqlamanı İran mətbuatı yayıb: "Silahlı Qüvvələrimiz ABŞ-ın İran neft tankerləri və gəmilərinə qarşı aqressiv hərəkətlərinə cavab olaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinin qanadlı raketlər və Aegis raketdən müdafiə sistemləri ilə təchiz olunmuş iki esminesinə - DDG-119 və DDG-53-ə uğurlu raket zərbələri endirib".
Bundan əvvəl, Yaxın Şərqdəki ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ qüvvələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə edilən hücuma cavab olaraq Fars körfəzi və Oman körfəzində beş İran neft tankerini məhv etdiyini açıqlayıb.
ABŞ dövlət katibi Marko Rubio isə İranın ABŞ gəmilərinə hər hücumunun eyni sayda neft tankerinin məhv edilməsi ilə nəticələnəcəyini elan etmişdi.
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ