Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Xarici İşlər naziri Yohan Vadeful Avropa dövlətlərinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa açıq olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, alman diplomat bu barədə "Bild" qəzetinə verdiyi müsahibədə bildirib.
Vadeful qeyd edib ki, əgər Rusiya lideri münaqişənin dayandırılması ilə bağlı ciddi şəkildə danışıqlara başlamaq niyyətindədirsə, Avropa tərəfi də bu müzakirələrə qoşulmağa tam hazırdır. Nazir həmçinin gərginliyin azaldılmasına yönəlmiş diplomatik təşəbbüsləri, o cümlədən Qara dəniz akvatoriyasında mümkün atəşkəs ideyasını müdafiə edib.
Ona görə, bu addım uğurla həyata keçirilərsə, analoji atəşkəs rejimini sonradan energetika infrastrukturu obyektlərinə də şamil etmək olar.
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ