İnsanlara hürriyət, millətlərə istiqlal!

İran prezidentindən sərt ittiham: “Uşaqlara və xəstələrə zərbə bağışlanmayacaq”

İranda son hücumlarla bağlı rəsmi Tehran kəskin mövqe ortaya qoyub.

Musavat.com xəbər verir ki, prezident Məsud Pezeşkian xəstəxana və məktəblərə edilən hücumları ağır cinayət kimi qiymətləndirib.

Dövlət başçısı bildirib ki, xəstəxanalara hücum həyatın özünə, məktəblərə hücum isə millətin gələcəyinə qarşı yönəlmiş addımdır. Onun sözlərinə görə, xəstələrin və uşaqların hədəfə alınması humanitar prinsiplərin kobud şəkildə pozulması deməkdir və belə addımlar bağışlanmayacaq.

Pezeşkian beynəlxalq ictimaiyyəti bu hücumları açıq şəkildə pisləməyə çağırıb. O vurğulayıb ki, İran xalqının dərdini bölüşür və ölkə bu cür “cinayətlərə” səssiz qalmayacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR