Onlayn ictimai-siyasi qəzet
İranda bir qrup parlament üzvü ölkənin ali rəhbəri Müctəba Xameneiə qitələrarası ballistik raketlərin hazırlanmasına icazə verilməsi ilə bağlı müraciət edib.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
“Asr Iran” saytının məlumatına görə, müraciəti ABŞ ilə münasibətlər və danışıqlara skeptik yanaşan 85 millət vəkili imzalayıb.
Onların arasında keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki də yer alır.
Müraciətdə bildirilir ki, ABŞ ilə aparılan danışıqlar etibarsızdır və İranın müdafiə gücünün artırılması vacibdir. Deputatlar ölkənin raket proqramının genişləndirilməsinin zəruriliyini vurğulayaraq, müdafiə sənayesinin gücləndirilməsinə çağırış ediblər.
“Mərhum ali lider kimi biz də düşmənin vədlərinə inanmırıq. Raketlərimizin mənzili bir gün Xameneinin qatillərinin ofisinə çatana qədər hərbi qüvvələrimizi və müdafiə sənayemizi dəstəkləyəcəyik”, - deyə sənəddə vurğulanıb.
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ