Onlayn ictimai-siyasi qəzet
“Hər kəs bilsin ki, İslam Respublikası bir neçə yüz min şərəfli insanın qanı bahasına hakimiyyətə gəlib”.
Bunu İranın Ali rəhbəri Əli Xamenei ölkədə davam edən etirazlar fonunda xalqa müraciətində deyib.
“İslam Respublikası dağıdıcılıq edənlərin qarşısında geri çəkilməyəcək”, - o bildirib.
Əli Xamenei xalqın istənilən düşmənə qalib gəlmək iqtidarında olduğunu vurğulayıb.
İranın ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampı tənqid edib. Bildirib ki, dünya üzrə təkəbbürlü və despotik qüvvələr adətən qürurlarının zirvəsində ikən devriliblər:
"Tramp bütün dünyaya hökm etməyə çalışır və qürur içindədir. O bilməlidir ki, despotik və təkəbbürlü qüvvələr, misal üçün, firon, Nəmrud, Rza Xan, Məhəmmədrza və bənzərləri adətən qürurlarının zirvəsinə yetişəndə devriliblər. Bu da devriləcək".
TV Musavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi İranşünas, analitik Sədrəddin Soltanla müzakirə edir.
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ