İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ətrafında gərginlik böyüyür: Türkiyə və ABŞ hərbi rəhbərləri nəyi müzakirə etdi?

İran ətrafında artan gərginlik fonunda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, tərəflər telefon danışığı zamanı Türkiyə–ABŞ ikitərəfli hərbi münasibətlərini, eləcə də regionda mövcud olan təhlükəsizlik vəziyyətini və aktual prosesləri müzakirə ediblər. Söhbətdə xüsusilə İran ətrafında yaranmış gərginliyin regional sabitliyə mümkün təsirləri diqqət mərkəzində olub.

Rəsmi açıqlamada danışıqların konstruktiv məcrada keçdiyi və tərəflərin qarşılıqlı əlaqələrin davam etdirilməsində maraqlı olduqları bildirilib.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR