Onlayn ictimai-siyasi qəzet
İordaniya hava hücumundan müdafiə qüvvələri krallığa atılan 18 İran raketini ələ keçirib.
Musavat.com xəbər verir ki, məlumatı İordaniya Silahlı Qüvvələrinin sözçüsü açıqlayıb: "İordaniya hava hücumundan müdafiə sistemləri İordaniya ərazisinə atılan 20 ballistik raketdən 18-ni ələ keçirib və uğurla məhv edib. İki raket yaşayış olmayan ərazilərə düşüb".
Hərbçilərin məlumatına görə, hücumda heç kim itki verməyib. Xüsusi qruplar zərbə yerlərini mühafizə edir.
Bundan əvvəl SEPAH İordaniyadakı Müvəffəq Salti Hava Bazasında yerləşən Amerika qoşunlarına uğurlu raket zərbəsi endirdiyini iddia etmişdi: "Təcavüzkarı cəzalandırmaq məqsədi daşıyan bu əməliyyat zamanı həm bərk yanacaqlı, həm də maye yanacaqlı xeyli sayda ballistik raket F-35, F-16 və F-15 qırıcılarının texniki xidmət, təlim və yerləşdirmə yerlərinə, eləcə də onların sığınacaqlarına zərbə endirərək düşmənə ciddi ziyan vurub".
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ