Onlayn ictimai-siyasi qəzet
Aparıcı İlqar Mikayıloğlunun hansı səbəbdən əməliyyat olunduğu məlum olub.
Bu barədə "Günə bax" verilişində məlumat açıqlanıb. Bildirilib ki, aparıcının Birinci Qarabağ müharibəsində yaralanması nəticəsində bədənində qalan iki qəlpə cərrahi əməliyyatla çıxarılıb.
Əməliyyatın uzun illər sonra həyata keçirilməsinin səbəbi qəlpələrin ayaq nahiyəsində arterial damara və sinirlərə çox yaxın yerləşməsi olub.
Həkimin sözlərinə görə, qəlpələrin damarı və siniri zədələmə riski yarandığı üçün İlqar Mikayıloğlu təcili əməliyyata alınıb və qəlpələr uğurla çıxarılıb.
Qeyd edək ki, İlqar müharibədə yaralandıqdan sonra bədənindən qəlpələrin bir qismi çıxarılmışdı. (Axşam.az)
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ