İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev və Rixard Raşinin görüşü bu planları TƏSDİQLƏDİ

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə bu gün Bratislavada keçirdiyi görüş iki ölkənin münasibətləri dərinləşdirməkdə və onların konkret layihələrdə təcəssüm etdirilməsində maraqlı olduqlarını təsdiqləyib.

Bu barədə Slovakiya Milli Şurasının sosial şəbəkələrdəki məlumatında bidirilib.

Qeyd olunub ki, müzakirə mövzuları Slovakiya və Azərbaycan parlamentləri arasında əməkdaşlığın inkişafı məsələləri, o cümlədən parlament komitələri arasında təcrübə mübadiləsi olub.

"Belə əməkdaşlıq təkcə Avropa üçün deyil, bütün dünya üçün ortaq vəzifələrin effektiv həllərini tapmağa imkan verir", - məlumatda vurğulanıb./Report

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR