İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.

Musavat.com xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda "Formula 1" yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu.

Azərbaycanın turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulandı.

Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edildi, tərəfdaşlığın perspektivləri müzakirə olundu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2026

04 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR