İnsanlara hürriyət, millətlərə istiqlal!

Qapılar açıq, işıqlar yanılı, tualetdə izlər – Rus agentləri deputatların evində

Finlandiyada bir sıra parlament deputatlarının evlərində baş verən müəmmalı hadisələr ciddi şübhələr yaradıb.

Musavat.com xəbər verir ki, deputatların evlərindən heç nə oğurlanmasa da, mənzillərə kənar şəxslərin daxil olduğunu düşündürən qəribə izlər aşkarlanıb.

İsveçrənin NZZ nəşri məsələ ilə bağlı “Kreml şübhə altında” başlıqlı material dərc edib.

Məlumata görə, bir neçə finlandiyalı deputat onların evlərinə naməlum şəxslərin daxil olduğuna əmindir. Qeydə alınan hallar arasında açıq qoyulmuş qapılar, yanılı saxlanılmış işıqlar, eləcə də tualetdə qəribə izlərin olması göstərilir.

Helsinki polisi oktyabrın 1-də hadisələrlə bağlı araşdırmaya başlayıb. Yle-nin məlumatına görə, söhbət 20-dən az şübhəli hadisədən gedir.

Parlamentin spikeri Yussi Halla-aho bildirib ki, evlərdən heç nə oğurlanmayıb və zorla daxilolma əlamətləri də aşkarlanmayıb. Deputatlar məhz evlərində kənar şəxsin olduğunu düşündürən “izlərin qoyulması” barədə məlumat veriblər.

Yle-nin məlumatına görə, bəzi evlərdə qapılar açıq, işıqlar isə yanılı vəziyyətdə qalıb. Deputatlardan biri tualetdə də kənar şəxsin evdə olduğunu düşündürən iz aşkar etdiyini bildirib.

Baş nazir Petteri Orpo hadisələrin arxasında xarici dövlətin dayanmasının mümkün olduğunu bildirib. Rusiya ilə bağlı suala cavabında isə bunun mümkün variant olduğunu deyib.

NZZ gələn il Finlandiyada seçkilərin keçiriləcəyini xatırladaraq, baş verənlərin deputatları qorxutmaq cəhdi olub-olmadığı məsələsini gündəmə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR