Onlayn ictimai-siyasi qəzet
İspaniyada keçirilən şərab festivalı zamanı ciddi qəza baş verib.
Musavat.com xəbər verir ki, San-Visente-de-la-Sonsyerrada yerləşən “Tempranillo” barında təxminən 50 nəfərin olduğu vaxt döşəmə qəfil çöküb.
Bunun ardınca qonşu hissənin damı və divarının bir hissəsi də uçub.
Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Yaralılardan biri ayağının açıq sınığı ilə xəstəxanaya yerləşdirilib.
“Tempranillo” barı həmin həftəsonu keçirilən şərab festivalının məkanlarından biri olub. Festival iştirakçılarının bara toplaşdığı vaxt baş verən qəza ərazidə ciddi təşviş yaradıb.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ