İnsanlara hürriyət, millətlərə istiqlal!

İdman jurnalisti vəhşicəsinə qətlə yetirildi

İtaliyanın Salerno vilayətində 53 yaşlı idman jurnalisti Luici (Luigi) Espositonun meyiti yandırılmış vəziyyətdə aşkarlanıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyulun 19-na keçən gecə Eboli şəhəri yaxınlığındakı kənd ərazisində baş verib. Yanğını söndürmək üçün hadisə yerinə gələn yanğınsöndürənlər ərazidə yanmış meyit aşkar ediblər.

İstintaqın ilkin nəticələrinə görə, jurnalist əvvəlcə amansızcasına döyülüb. Məlumata əsasən, onun bir neçə sümüyü sındırılıb, daha sonra isə cəsədi yandırılıb.
Meyitin tanınması yaxınlıqda Espositonun adına qeydiyyatda olan avtomobil sayəsində mümkün olub.

İtaliya polisi Luici Espositonun qətli ilə bağlı genişmiqyaslı araşdırma aparır. Cinayətin motivi və hadisəni törədən şəxs və ya şəxslər hələlik müəyyən edilməyib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR