İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüz boğazı ilə bağlı ABŞ-dan mühüm açıqlama: Son üç ayda 1000-dən çox gəmi...

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı yeni açıqlama yayıb.

Musavat.com xəbər verir ki, CENTCOM-un rəsmi məlumatında bildirilir ki, Hörmüz boğazının cənub marşrutu beynəlxalq su yolundan keçmək istəyən bütün kommersiya gəmiləri üçün açıq və təhlükəsiz olaraq qalır.

Açıqlamada qeyd olunur ki, son üç ay ərzində ABŞ hərbi qüvvələri Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək məqsədilə 1000-dən çox kommersiya gəmisinə dəstək göstərib.

CENTCOM bu keçidlərin İranın “əsassız təcavüzkar hərəkətlərinə baxmayaraq” uğurla həyata keçirildiyini vurğulayıb və hazırda da beynəlxalq gəmiçiliyin fasiləsiz davam etdiyini bildirib. 

65b5e975-da4d-464c-b9fb-9338f74a645a.jpg (128 KB)

ABŞ hərbi komandanlığı Hörmüz boğazının beynəlxalq ticarət üçün açıq saxlanıldığını və bölgədə kommersiya gəmiçiliyinin təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirdiyini bəyan edib.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft və mayeləşdirilmiş təbii qaz daşımalarının ən mühüm marşrutlarından biridir. Son aylarda İranla ABŞ arasında artan gərginlik fonunda boğazın təhlükəsizliyi qlobal enerji bazarlarının diqqət mərkəzində qalır. ABŞ tərəfi dəfələrlə bölgədə beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi iştirakını artırdığını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR