Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi döyüş zonalarında mülki itkilərin qarşısını almaqla məşğul olan heyəti qismən bərpa etməyə hazırlaşır.
Musavat.com "The Atlantic"ə istinadən xəbər verir ki, ABŞ Müdafiə naziri Pit Heqsetin Amerika silahlı qüvvələrinin effektivliyini artırmaq və "əməliyyatlarda təmkinlilikdən imtina etmək" siyasəti, xüsusən də Pentaqonun müharibə vəziyyətində mülki şəxsləri qorumaq üçün metodların hazırlanması, təhlili və tətbiqindən məsul olan idarəsində kütləvi ixtisarlara səbəb olub. Nəşr qeyd edir ki, xüsusilə fevral ayının sonlarında İranın Minab şəhərindəki məktəbə edilən hücum nəticəsində İran mülki əhalisinin itkisi "Heqseti kursunu dəyişməyə məcbur edə bilər".
The Atlantic-in mənbələrinə görə, Pentaqon idarədə "ixtisar olunmuş vəzifələrin təxminən yarısını bərpa etməyi düşünür". Jurnal müvafiq qərarın "Heqsetin imzasını gözlədiyini" vurğulayır.
"Politico"nun mart ayında verdiyi məlumata görə, əvvəllər təxminən 200 işçisi olan müharibə zonalarında mülki əhalinin itkisinin qarşısını almaqdan məsul olan Pentaqonun direktorluğu son bir ildə 90 faiz ixtisar edilib. İxtisarlar nəticəsindəABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu sahədə çalışan 10 işçisindən yalnız biri qalıb.
Musavat.com
01 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ