İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamamlarda “cin çıxarma”nı yarım milyona təklif edirlər

Moskvada qeyri-adi və bahalı “elit ritual” xidmətinin ortaya çıxdığı bildirilir.

Musavat.com xəbər verir ki, iddiaya görə, paytaxtdakı bəzi hamam və spa mərkəzlərində “cin çıxarma” adı altında təqdim olunan xüsusi paket 500 min rubla təklif olunur. Bu “ritual”a gümüş və qızıl ilə bədənin parladılması, qara kürü ilə pilinq və masaj daxildir. Kontrast duşun isə Cristal markalı şampanla həyata keçirildiyi qeyd olunur.

Məlumata görə, ritual gözlənilən “effekti” vermədiyi halda, təşkilatçılar mərasimin yenidən icrasını da təklif edirlər. Lakin bu xidmət də əlavə ödəniş qarşılığında göstərilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR